AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
  • Azərbaycan
    • Ümummilli Lider
    • Prezident
    • Tarix
    • Ərazi
    • Konstitusiya
    • Bayramlar
    • Qan yaddaşı
    • Vətən müharibəsi
  • Xəbərlər
    • Bütün xəbərlər
    • Görüşlər
    • Tədbirlər
    • Səfərlər
    • Mətbuat xidmətinin məlumatı
    • Mətbuat xidmətinin bülletenləri
    • Nazirlər Kabineti yanında Operativ Qərargah
  • Sənədlər
    • Bütün sənədlər
    • Qərarlar
    • Sərəncamlar
    • Məktublar
  • Rəhbərlik
    • Azərbaycan Respublikasının Baş naziri
    • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
  • Nazirlər kabineti
    • Səlahiyyətləri
    • İş qaydası
    • Azərbaycan Respublikası Nazirlər Kabineti
    • Mərkəzi İcra hakimiyyəti orqanları
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Statusu
  • Nazirlər kabinetinin aparatı
    • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
  • Müraciətlər
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
    • Qəbula yazılmaq
    • Müraciət
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
  • Əlaqə
  • AZ
    • AZ
    • EN
    • RU
AZ
  • AZ
  • EN
  • RU
Əlaqə

Mətbuat xidmətinin məlumatı
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
19 Dekabr 2024 - 19:50
Baş nazir Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşünün Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyasında iştirak edib

Dekabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib.

Sessiyada çıxış edən Ə.Əsədov Yaxın Şərqdə davam edən böhranın dərin narahatlıq doğurduğunu bildirdi.

Qeyd edildi ki, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb. Bu baxımdan daha çox qan tökülməsinin qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırıldı.

Bildirildi ki, İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir, zorakılığın artmasını, qeyri-bərabər gücdən istifadəni və mülki şəxslərin həyatlarını itirmələrini qətiyyətlə pisləyir.

Diqqətə çatdırıldı ki, Azərbaycan Fələstinə maddi yardım göstərmək üçün hər zaman səy göstərmişdir. Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırmışdır. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırmışdır.

Qeyd edildi ki, humanitar yardımdan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etmək üçün də öncül rol oynamaqdadır.

“Bu xüsusda, biz bir neçə yüksək səviyyəli tədbirə ev sahibliyi etmişik. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransını xüsusi qeyd etmək istərdim”, - deyə Ə.Əsədov bildirdi. 

Gərginliyin bölgəyə yayılma risklərinin böyük narahatlıq doğurduğunu deyən Baş nazir Azərbaycanın bütün tərəfləri təmkinli davranmağa və vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hər-hansı bir hərəkətdən çəkinməyə çağırdığını qeyd etdi.

“Biz atəşkəsin əldə olunması, zəruri humanitar yardımın təmin edilməsi və münaqişənin səbəblərinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyəti birgə çalışmağa çağırırıq. Böhrandan diplomatik çıxış yollarının tapılması üçün dinc siyasi proses təşviq edilməlidir”.

Diqqətə çatdırıldı ki, Azərbaycan münaqişənin Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini birmənalı şəkildə və qətiyyətlə dəstəkləyir.

Azərbaycanın bundan sonra da dialoq və barışığı təşviq edən və İsrail-Fələstin münaqişəsinin ədalətli və davamlı həllinə dəstək verən səylərə sadiq qalacağı bildirildi.

Sessiyada Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov iştirak ediblər.

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Azərbaycan
  • Ümummilli Lider
  • Prezident
  • Tarix
  • Ərazi
  • Konstitusiya
  • Bayramlar
  • Qan yaddaşı
  • Vətən müharibəsi
Xəbərlər
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
Sənədlər
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar
Rəhbərlik
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
Şura və komissiyalar
  • Hökumətlərarası Komissiyalar
Nazirlər kabineti
  • Səlahiyyətləri
  • İş qaydası
  • Azərbaycan Respublikası Nazirlər Kabineti
  • Mərkəzi İcra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Statusu
Nazirlər kabinetinin aparatı
  • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
Müraciətlər
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
  • Qəbula yazılmaq
  • Müraciət
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Azərbaycan
  • Ümummilli Lider
  • Prezident
  • Tarix
  • Ərazi
  • Konstitusiya
  • Bayramlar
  • Qan yaddaşı
  • Vətən müharibəsi
Xəbərlər
  • Bütün xəbərlər
  • Görüşlər
  • Tədbirlər
  • Səfərlər
  • Mətbuat xidmətinin məlumatı
  • Mətbuat xidmətinin bülletenləri
  • Nazirlər Kabineti yanında Operativ Qərargah
Sənədlər
  • Bütün sənədlər
  • Qərarlar
  • Sərəncamlar
  • Məktublar
Rəhbərlik
  • Azərbaycan Respublikasının Baş naziri
  • Azərbaycan Respublikası Baş nazirinin müavinləri
Şura və komissiyalar
  • Hökumətlərarası Komissiyalar
Nazirlər kabineti
  • Səlahiyyətləri
  • İş qaydası
  • Azərbaycan Respublikası Nazirlər Kabineti
  • Mərkəzi İcra hakimiyyəti orqanları
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Statusu
Nazirlər kabinetinin aparatı
  • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturu
Müraciətlər
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında qəbul günləri
  • Qəbula yazılmaq
  • Müraciət
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
© Nazirlər Kabineti 2022 Bütün hüquqlar qorunur