Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailova başsağlığı məktubu göndərib.
Ə.Əsədov qeyd edib ki, Karaqanda şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşılayıb.
Məktubda Qazaxıstanın baş nazirinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.