Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 20-də Tacikistan Respublikası Baş nazirinin müavini Usmonali Usmonzoda ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, bu prosesdə dövlət başçılarının siyasi iradəsinin mühüm rolu qeyd edilib.
Ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat-tranzit və enerji sahələrində birgə fəaliyyətin gücləndirilməsi, həmçinin humanitar əlaqələrin inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bu baxımdan Hökumətlərarası Komissiyanın sabah Bakıda keçiriləcək 8-ci iclasının əhəmiyyəti vurğulanıb.