Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət edərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.