Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə Oljas Bektenova təbrik məktubu ünvanlayıb.
Məktubda Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.
Həmçinin iki ölkənin qardaş xalqlarının mənafeyi naminə gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksinin inkişafı məqsədilə fəal birgə fəaliyyətə hazırlıq ifadə olunub.