Türkiyə Cumhuriyyətinin 2016-2021-ci illərdə Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, 2021-ci ildən Türkiyə Prezidentinin Protokol xidmətinin müdiri Erkan Özoral Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
Hörmətli Əli bəy Cənabları,
Yenidən Baş nazir təyin olunmağınız münasibətilə ürəkdən təbriklərimi və dərin hörmətimi ifadə edir, Sizə can sağlığı və yeni müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Erkan Özoral