Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun ünvanına təbrik məktubları gəlməkdə davam edir.
İran İslam Respublikasının Birinci vitse-prezidenti, Qətər Dövlətinin, Qayana Kooperativ Respublikasının və Şri-Lanka Demokratik Sosialist Respublikasının hökumət başçıları, həmçinin Dominikan Respublikasının Prezidenti Baş nazir Əli Əsədova təbriklərini çatdırıblar.