Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.
Abdulla Aripov həmkarını Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Məktubda Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə dövlət başçıları tərəfindən iki ölkənin hökumətlərinin qarşısında qoyulmuş mühüm vəzifələrin həyata keçirilməsində sıx əməkdaşlığa ümid ifadə olunur.
Abdulla Aripov, həmçinin nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş razılaşmaların ardıcıl surətdə həyata keçiriləcəyinə əminliyini ifadə edib.