Republic Of Azerbaijan
Cabinet Of Ministers
Republic Of Azerbaijan
Cabinet Of Ministers
  • Azerbaijan
    • National Leader
    • President
    • History
    • Area
    • Constitution
    • Holidays
    • Blood memory
    • Patriotic War
  • News
    • All news
    • Meetings
    • Events
    • Visits
    • Press Office News
    • Press service newsletters
    • Task Force under the Cabinet of Ministers
  • Documents
    • All documents
    • Resolutions
    • Orders
    • Letters
  • Senior officials
    • Prime Minister of the Republic of Azerbaijan
    • Deputy Prime Ministers of the Republic of Azerbaijan
  • Cabinet of ministers
    • Powers
    • İş qaydası
    • Cabinet of Ministers of the Republic of Azerbaijan
    • Central executive authorities
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Status
  • Office of cabinet of ministers
    • Structure of Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Appeals
    • Reception days at the Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
    • Book an appointment
    • Enquiry
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
  • Contact
  • EN
    • AZ
    • EN
    • RU
EN
  • AZ
  • EN
  • RU
Contact
  • Azerbaijan
    • National Leader
    • President
    • History
    • Area
    • Constitution
    • Holidays
    • Blood memory
    • Patriotic War
  • News
    • All news
    • Meetings
    • Events
    • Visits
    • Press Office News
    • Press service newsletters
    • Task Force under the Cabinet of Ministers
  • Documents
    • All documents
    • Resolutions
    • Orders
    • Letters
  • Senior officials
    • Prime Minister of the Republic of Azerbaijan
    • Deputy Prime Ministers of the Republic of Azerbaijan
  • Cabinet of ministers
    • Powers
    • İş qaydası
    • Cabinet of Ministers of the Republic of Azerbaijan
    • Central executive authorities
    • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
    • Status
  • Office of cabinet of ministers
    • Structure of Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Appeals
    • Reception days at the Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
    • Book an appointment
    • Enquiry
    • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Orders
  • All documents
  • Resolutions
  • Orders
  • Letters
28 August 2023 - 10:51
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin         2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə: 

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununa (bundan sonra – Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üç ay müddətində:
2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun  1.0.33-cü maddəsinə uyğun olaraq, dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısına dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
2.2.1. həmin Qanunun 1.0.35-ci maddəsinə uyğun olaraq, “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin Əsasnaməsinin layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2.2. həmin Qanunun 6.8-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, bu Qanunun 1.0.8-ci maddəsi, 6.1-ci maddəsinin ikinci abzası, 6.13-cü, 6-1.2-ci, 6-2.15-ci, 6-2.17-ci və 6-2.19-cu maddələri nəzərə alınmaqla dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydalarının layihəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, həmin Qanunun 16.6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən yaradılacaq “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görsün.
4. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
5. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Bu Sərəncamın 1-ci, 4-cü, 5-ci və 6-cı hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci hissəsinin icrası Sosial məsələlər şöbəsinə, 3-cü hissəsinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilsin.
8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 avqust 2023-cü il

Republic Of Azerbaijan
Cabinet Of Ministers
Azerbaijan
  • National Leader
  • President
  • History
  • Area
  • Constitution
  • Holidays
  • Blood memory
  • Patriotic War
News
  • All news
  • Meetings
  • Events
  • Visits
  • Press Office News
  • Press service newsletters
  • Task Force under the Cabinet of Ministers
Documents
  • All documents
  • Resolutions
  • Orders
  • Letters
Senior officials
  • Prime Minister of the Republic of Azerbaijan
  • Deputy Prime Ministers of the Republic of Azerbaijan
Advices and committees
  • Intergovernmental commissions
Cabinet of ministers
  • Powers
  • İş qaydası
  • Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Central executive authorities
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Status
Office of cabinet of ministers
  • Structure of Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
Appeals
  • Reception days at the Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Book an appointment
  • Enquiry
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
Azerbaijan
  • National Leader
  • President
  • History
  • Area
  • Constitution
  • Holidays
  • Blood memory
  • Patriotic War
News
  • All news
  • Meetings
  • Events
  • Visits
  • Press Office News
  • Press service newsletters
  • Task Force under the Cabinet of Ministers
Documents
  • All documents
  • Resolutions
  • Orders
  • Letters
Senior officials
  • Prime Minister of the Republic of Azerbaijan
  • Deputy Prime Ministers of the Republic of Azerbaijan
Advices and committees
  • Intergovernmental commissions
Cabinet of ministers
  • Powers
  • İş qaydası
  • Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Central executive authorities
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə
  • Status
Office of cabinet of ministers
  • Structure of Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
Appeals
  • Reception days at the Office of the Cabinet of Ministers of the Republic of Azerbaijan
  • Book an appointment
  • Enquiry
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik
© Cabinet of Ministers 2022 All rights reserved