Nazirlər Kabinetinin 327 №-li Qərarına dair izah
“Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydasının təsdiq edilməsi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının müəyyən olunması, habelə onların geyim forması, fərqlənmə nişanlarının təsviri və daşınması ilə bağlı məsələlərin tənzimlənməsi təmin ediləcəkdir.