Nazirlər Kabinetinin 5 №-li Qərarına dair izah
Qaydada “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının satınalan təşkilatla təchizatçı arasında imzalanmış müqaviləyə təsirinin qiymətləndirilməsi qaydasını tənzimləyir.
Bu Qayda satınalan təşkilatla təchizatçı arasında imzalanmış müqavilədə nəzərdə tutulan və ya onun mahiyyətindən irəli gələn ayrı qaydalarla bağlı hallara şamil olunmur və yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi baş verən vaxt icrası başa çatmamış müqavilələrə şamil olunur.