Nazirlər Kabinetinin 476 №-li Qərarına dair İZAH
Qərar “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamına uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi, bu sahəyə özəl investisiyaların cəlb edilməsinin təşviqi və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə qəbul edilib.