Nazirlər Kabinetinin 373 №-li Qərarına dair İZAH
Qərar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndi ilə verilmiş tapşırığın icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Qərarla “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitki və bitkiçilik məhsullarına ölkə daxilində daşımalar zamanı daxili karantin sertifikatının, həmin məhsulların ixracı (təkrar ixracı) zamanı fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydalarının müəyyən edilməsi nəzərdə tutulur.
Qərarın qəbulu ilə fitosanitar nəzarəti sahəsində sabitliyin təmin olunması, zərərli orqanizmlərin daha geniş ərazidə yayılmasının qarşısının alınması, onlara qarşı mübarizə işlərinin operativ və effektiv təşkili, bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğunun təsdiqinin təmin olunmasına imkan yaranacaq.