Nazirlər Kabinetinin 115 №-li Qərarına dair İZAH
Qərar “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli 442 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
Qərara əsasən mərkəzi istilik sistemlərinin kütləvi tətbiq modelinin məqsədəmüvafiq olmadığı hallar üçün fərdi sistemlərə icazə verilən istisna hallar müəyyən edilmişdir. Belə ki, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız azmərtəbəli yaşayış binalarında (5 mərtəbəyə qədər), qaz təchizatı olmayan ərazilərdə, istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulan mənzillərdə icazə verilir.