Nazirlər Kabinetinin 4 №-li Qərarına dair izah
Bu Qayda dövlət büdcəsində birinci instansiya məhkəmələrinin saxlanılması xərclərinin tərkibində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının (bundan sonra - ehtiyatlar) satın alınması üçün nəzərdə tutulmuş vəsaitin (bundan sonra - dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait) birbaşa hakimlərin bank hesablarına köçürülməsinə dair məsələləri tənzimləyir.
Bu Qaydanın məqsədi dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsaitin birinci instansiya məhkəmələrinin maddi-texniki təminat məsələlərini həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən birbaşa hakimlərin bank hesablarına köçürülməsini təmin etməkdən ibarətdir.