Nazirlər Kabinetinin 379 №-li Qərarına dair İZAH
Vergi Məcəlləsinin 165.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, 2025-ci il 1 yanvar tarixindən etibarən tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə nağdsız ödənişlər üzrə ödənilmiş ƏDV-nin qaytarılması nəzərdə tutulmuşdur. Bununla bağlı müddəanın Nazirlər Kabinetinin 07 iyul 2020-ci il tarixli 242 nömrəli Qərarı ilə təsdiq edilmiş mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Formasına əlavə edilməsinə ehtiyac yaranmış və müvafiq düzəliş edilməsi üçün Qərar qəbul edilib.