Nazirlər Kabinetinin 261 №-li Qərarına dair izah
Qərarla elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonalarının (torpaq sahələri, su və hava məkanı) ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müəyyən edilmişdir.