25 May 2024 - 12:22

Nazirlər Kabinetinin 280 №-li Qərarına dair izah

 

          Qərara əsasən əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırılmış, 20 adda dərman siyahıya yeni əlavə olunmuşdur.

Bunlar:

- ürək damar sistemi üçün;

- beyin qan dövranı üçün;

- həzm sistemi üçün;

- tənəffüs sistemi üçün;

- epilepsiya əleyhinə, allergiya əleyhinə və s. olan dərman vasitələridir.

Əlilliyi olan şəxslər pulsuz dərman vasitələri ilə Səhiyyə və TƏBİB-in birgə müəyyən etdikləri tibb müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar.

Dərman preparatlarının dəyəri tibb müəssisələri tərəfindən bu məqsədlə İTSF-da nəzərdə tutulmuş vəsait hesabına ödənilir.