Nazirlər Kabinetinin 3 №-li Qərarına dair İZAH
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2025-ci il tarixli 3 nömrəli Qərarı “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.23-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı daşımalarının səmərəliliyinin və müntəzəmliyinin təmin edilməsi, hava limanının (aeroportun) fəaliyyətinə qanunsuz müdaxilə aktlarının baş vermə ehtimalının azaldılması, eləcə də aviasiya təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması və aviasiya təhlükəsizliyi mədəniyyətinin təşviq edilməsi məqsədilə sərnişinin üzərində, əl yükündə, qeydiyyatdan keçmiş baqajda, yük və poçt göndərişlərində daşınması qadağan edilən əşya və maddələrin siyahısına dair məsələlərin təkmil tənzimlənməsini təmin edəcəkdir.