Nazirlər Kabinetinin 181 №-li Qərarına dair izah
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən ailə əsaslı alternativ qayğı forması kimi himayədar ailə sisteminin qurulmasi müəyyən edilmişdir.
Qeyd edilən məsələnin tənzimlənməsi məqsədilə övladlığa götürmə zamanı tələb olunan tibbi müayinənin də icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
Bununla əlaqədar, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 181 nömrəli Qərarı ilə müvafiq əlavələr edilmişdir.