Nazirlər Kabinetinin 252 №-li Qərarına dair izah
Qərarda idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısının təsdiq edilməsi nəzərdə tutulur.
Qərarın qəbul edilməsi ilə idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin konkret siyahısı müəyyən ediləcək və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan müvafiq vergi güzəştinin effektivliyinin artırılmasına imkan yaranacaqdır.