Nazirlər Kabinetinin 50 №-li Qərarına dair izah
Qeyd olunan Qərarda “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 792-VIQD nömrəli Qanununa əsasən dəyişikliklər nəzərdə tutulmuşdur.
Eləcə də, internat tipli ümumi təhsil müəssisələrində tərbiyə olunan uşaqların müasir tələblərə cavab verən yeni geyim və yumşaq inventar ilə təmin edilməsi məqsədilə “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən pozuntusu olan uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması norması” yeni redaksiyada verilmişdir.