Nazirlər Kabinetinin 98 №-li Qərarına dair İZAH
Qərar “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli 442 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”ə əsasən istilik şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkənin mühafizə zonalarının ölçüləri müəyyənləşdirilmiş, həmin zonalarda təsərrüfat işlərinin aparılmasına dair tələblər nəzərdə tutulmuşdur. Mühafizə zonalarının ölçüləri yeraltı, yerüstü şəbəkələrdən və açıq istilik təchizatı sistemlərindən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər şaquli və üfüqi məsafələrə əsasən müəyyən edilir.