Nazirlər Kabinetinin 134 №-li Qərarına dair izah
Qərar ixtisas attestatının forması, verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən hüquqi şəxsin işçisinin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin ixtisaslaşmış podratçı kimi fəaliyyət göstərməsi üçün onlar energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə malik olmalı, habelə müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsi olmalı və tənzimləyicidən ixtisas attestatı almalıdırlar.
Qərarla istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üçün texniki xidmət göstəriləcək.