Nazirlər Kabinetinin 507 №-li Qərarına dair İZAH
Qərar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1196-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyul tarixli 156 nömrəli Fərmanının 2.1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərarla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-2-ci maddəsinin I hissəsinin 2-ci bəndinə uyğun olaraq, kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sisteminə ötürülən səfər və operator barədə məlumatların siyahısı təsdiq edilmişdir.