Nazirlər Kabinetinin 285 №-li Qərarına dair izah
Qaydalar milli standartlaşdırma proqramına daxil ediləcək dövlət standartlarının müəyyənləşdirilməsini, qəbul edilməsini və müntəzəm olaraq yenilənməsi prosedurunu tənzimləyir.
Milli standartlaşdırma proqramı “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 3 illik dövrü əhatə etməklə bu müddət ərzində hazırlanaraq qəbul edilməsi zəruri hesab edilən standartlarının siyahısından ibarət olur.