Nazirlər Kabinetinin 276 №-li Qərarına dair izah
Qərarla müstəqil ekspertlər tərəfindən sığorta predmeti ile bağlı sığorta risklərinin, sığorta hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və (və ya) sığorta hadisəsinin araşdırılması üzrə həyata keçirilən fəaliyyətin konkret sahələri müəyyən edilmişdir. Bu isə öz növbəsində müstəqil ekspert fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslərin konkret sahə üzrə ixtisaslaşaraq fəaliyyət göstərməsinə gətirib çıxaracaqdır.