Nazirlər Kabinetinin 2 №-li Qərarına dair İZAH
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli 2 nömrəli Qərarı ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası” təsdiq edilib.
Təsdiq olunmuş yeni qaydalara əsasən təhsilini müxtəlif səbəblərdən tamamlamayan şəxslərə verilən arayışlar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” üzərindən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılacaq və həmin şəxslərin Elektron Hökumət İnformasiya Sistemində yerləşən elektron kabinetlərində yerləşdiriləcəkdir.
Qaydalara uyğun olaraq, arayışlarda əks olunan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və əldə edilə biləcəkdir. Elektron sistem vasitəsilə təqdim olunan məlumatlar kağız daşıyıcıda təqdim edilmiş sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaqdır.