Nazirlər Kabinetinin 61 №-li Qərarına dair izah
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 iyul tarixli 2253 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin 1-ci abzasının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Qərarda aşağıdakılar nəzərdə tutulur:
-
Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılması;
-
Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği;
-
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi.
Meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün 2024-cü il fevralın 1-dən iki il müddətinə 50 əlli faiz həcmdə güzəşt tətbiq ediləcək.