Nazirlər Kabinetinin 303 №-li Qərarına dair izah
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 303 nömrəli Qərarı “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il il 16 yanvar tarixli 287 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərarda dövlət orqanlarının (qurumlarının), habelə aidiyyəti dövlət orqanının internet informasiya ehtiyatı vasitəsilə könüllü ötürülən məlumatlar əsasında sahibkarlıq subyektlərinin (kiçik, orta və iri) informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının mərhələlərinə, diaqnostikanın həyata keçirilməsi ilə bağlı vəzifələrə, ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası üzrə istiqamətlərə, meyarlara və altmeyarlara dair müddəalar nəzərdə tutulmuşdur.
Qərarın qəbulu dövlət orqanlarının (qurumlarının) və sahibkarlıq subyektlərinin rəqəmsallaşma dərəcəsi müəyyən edilməklə onların rəqəmsallaşma səviyyəsinin daha da inkişaf etdirilməsinə, habelə ölkədə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin təşviqinə xidmət edəcəkdir.