Nazirlər Kabinetinin 267 №-li Qərarına dair izah
Qərar ilə “Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları” təsdiq edilmişdir. Eyni zamanda ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manat müəyyən edilmişdir.