Nazirlər Kabinetinin 415 və 416 №-li Qərarlarına dair İZAH
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları idxal olunan reaktiv mühərrik yanacaqlarının idxal gömrük rüsumundan və idxal aksiz vergisindən azad edilməsinin 31 dekabr 2026-cı il tarixinədək uzadılmasını nəzərdə tutur.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 415 nömrəli Qərarı idxal aksiz vergisindən azadolmaların, 416 nömrəli Qərarı isə idxal gömrük rüsumundan azadolmaların müddətinin uzadılmasını tənzimləyir.