Nazirlər Kabinetinin 295 №-li Qərarına dair izah
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2025-ci il tarixli 295 nömrəli Qərarı “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il il 16 yanvar tarixli 287 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərar rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin dairəsini, həmçinin onların fəaliyyətinin qiymətləndirilməsi meyarlarını müəyyən edir.
Qərarın qəbulu müvafiq dövlət orqanlarında (qurumlarında) rəqəmsal inkişaf və elektron hökumətlə bağlı fəaliyyətə cavabdeh olan şəxslərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimlənmənin bərqərar olmasına, bununla da həmin sahədə məsuliyyətli idarəetmənin təşviqinə xidmət edəcəkdir.