Nazirlər Kabinetinin 75 №-li Qərarına dair izah
Qeyd olunan Qərar ilə “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları” təsdiq edilmişdir.
Standartlarda xüsusi təhsilin məzmununa dair tələblər, xüsusi təhsilin idarə olunması, təhsil müəssisəsinin maddi-texniki bazası, infrastrukturu ilə bağlı məsələlər, təhsilin təşkili formaları və normativləri, eləcə də təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi növləri əks olunmuşdur.