Nazirlər Kabinetinin 161 №-li Qərarına dair izah
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarının telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına, sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularının ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadəsinin qarşısının alınmasına nəzarətin gücləndirilməsi məqsədilə hazırlanmışdır.
Qərarın qəbulu ilə telekommunikasiya vasitələri və qurğularının ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadəsinin daha səmərəli təşkilinə, habelə Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üzrə prosedurların təkmilləşdirilməsinə xidmət edəcəkdir.