Nazirlər Kabinetinin 453 №-li Qərarına dair İZAH
Qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, yerli istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə hazırlanmışdır.
Qərara əsasən 30.06.2026-cı il tarixinədək təhlükəsizlik ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində müəyyən olunur.