Nazirlər Kabinetinin 199 №-li Qərarına dair izah
2024-cü il 1 may tarixindən etibarən sığortaolunanlar üçün xəstəlik vərəqələri aidiyyəti tibb müəssisələri tərəfindən elektron sənəd formasında tərtib olunmaqla əmək qabiliyyətinin itirilməsinə görə müvafiq müavinətin ödənilməsi üçün həm işəgötürənə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna elektron qaydada göndəriləcəkdir.
Bununla da vətəndaşlar tərəfindən xəstəlik vərəqələrinin alınması üçün sərf olunan vaxt itkisi aradan qaldırılacaq, müvafiq ödənişlər elektron qaydada daxil olan xəstəlik vərəqələri əsasında daha operativ aparılacaqdır.