Fevralın 16-da Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edib.
Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Tərəflər Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının inkişaf perspektivlərini də müzakirə ediblər.