Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Neçirvan Bərzani arasında keçirilən görüşlərin əhəmiyyəti vurğulandı, bunun əlaqələrin inkişafına xidmət etdiyi bildirildi.
Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.