Oktyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə Minsk vilayətinin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub.
Hökumət başçılarına layihə çərçivəsində istifadə olunan fərdi tikintiyə dair yeni yanaşmalar və texniki həllər barədə məlumat verilib, mikrorayonda yaşayış binalarına, mühəndis, nəqliyyat və sosial infrastruktur obyektlərinə baxış keçirilib.