Fevralın 9-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın yeni təyin olunmuş Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı olub.
Ə.Əsədov Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə İ.Kobaxidzeni təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, gələcəkdə də strateji tərəfdaşlığın möhkəmləndirilməsinə ümidvar olduqlarını bildiriblər.