Məktubda deyilir: “Esvatini Krallığı “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 38 nəfərin həlak olması xəbərindən dərindən sarsılıb. Əlahəzrət Kral III Msvati, Kraliça Ana, Esvatini Krallığının hökuməti və xalqı adından bu dəhşətli qəza nəticəsində yaranan insan itkisi və xəsarət alanlar ilə bağlı darin hüznlə başsağlığı verirəm. Ölənlərin ailələri və yaxınları üçün dua edir, Ulu Tanrıdan həlak olanların hamısına rəhmət, yaralananların tezliklə şəfa tapmasını diləyirik. Esvatini xalqı Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir. Düşüncələrimiz və dualarımız bu çətin zamanda dünyasını dəyişənlərin ailələri, Azərbaycan hökuməti və xalqı ilə birlikdədir.”