Məktubda deyilir: “Kamboca Krallığının hökuməti və xalqı adından Sizə, Azərbaycan xalqına və digər xarici sərnişinlərə, həmçinin, “Azərbaycan Hava Yolları"nın J2-8243 reysi ilə uçan təyyarəsinin faciəvi qəzasından zərərçəkən ailələrə dərin kədərimizi və səmimi başsağlığımızı çatdırıram. Aktau yaxınlığında baş verən bu dəhşətli qəzada günahsız insanların itkisi olduqca böyük bir faciədir. Bu çətin zamanda Azərbaycanla həmrəy olduğumuzu bildirirəm. Biz həlak olanlara yas saxlamaqda sizə qoşuluruq və sağ qalanların, xüsusən də ağır vəziyyətdə olanların tezliklə sağalmasına ümid edirik.”