Məktubda deyilir: “Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin dost Qazaxıstan Respublikasında qəzaya uğraması hadisəsi və bunun nəticəsində insanların həlak olması və yaralanması xəbərini dərin hüzn və kədərlə aldıq. Zati-aliləri, bu ağrılı hadisə ilə bağlı kədərinizi bölüşür, Sizə başsağlığı verir, Uca Allahdan hadisə qurbanlarına rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını arzulayırıq.”