Məktubda deyilir: “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəvi şəkildə həlak olduğu xəbəri bizi sarsıtdı. Monteneqro hökuməti və şəxsən öz adımdan Sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Fikir və rəğbətimiz dost Azərbaycan xalqı və bu faciədən zərər çəkmiş bütün insanlarladır."