Məktubda deyilir: “Böyük kədər hissi ilə OPEC Fondunun kollektivi adından yazaraq ölkənizdə çox sayda insanın ölümünə səbəb olmuş faciəvi təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığımızı bildirirəm. Düşüncələrimiz Azərbaycan xalqı və bu ağlasığmaz dərdə dözməli olan ailələrlədir. Mən və həmkarlarım Sizinlə birlikdəyik və hər cür dəstəyimizi təklif edirik. Bu faciədən zərər çəkmiş ailələrə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Qoy həyatlarını itirənlərin xatirəsi onları tanıyan hər kəsin qəlbində yaşasın və bu çətin zamanda Siz özünüzdə güc və hüzur tapasınız.”