Məktubda deyilir: “Dərin hüznlə 25 dekabr tarixində Qazaxıstan üzərində Azərbaycan milli aviaşirkətinə məxsus təyyarənin faciəli qəzaya uğraması xəbərini aldım. Bu çətin günlərdə, Serbiya Respublikasının Hökuməti adından və öz adımdan, çox sayda sərnişinin həlak olması ilə bağlı ən dərin hüznlə başsağlığımı qəbul etməyinizi xahiş edirəm. Serbiya xalqı dost Azərbaycan xalqının ağrısını paylaşır və bütün Serbiya ölənlərin ailələrinə həmrəylik nümayiş etdirir, sağ qalanlara isə tezliklə sağalmağı arzulayır.”