Məktubda deyilir: ““Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu faciəli qəza nəticəsində həyatını itirən bacı-qardaşlarımıza Allahdan rəhmət, kədərli ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm. Qəza nəticəsində yaralananlara keçmiş olsun diləklərimi çatdırmağınızı xahiş edirəm, Allahdan ən qısa vaxtda şəfa niyaz edirəm. Dost və qardaş Azərbaycanın kədərini ürəkdən bölüşürük.”