Oktyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarusun yük, xüsusi və sərnişin nəqliyyat vasitələrinin hazırlanması və istehsalı üzrə aparıcı müəssisələrindən biri olan “Minsk Avtomobil Zavodu” ASC-də olub.
Ə.Əsədova holdinqin yaranma tarixi haqqında məlumat verilib, həmçinin Baş nazir istehsal sexləri və Minsk Avtomobil Zavodunun istehsal etdiyi məhsulların çeşidi ilə tanış olub.